“Ötən il 129 dövlət obyektində yanğın olub” - General

 “Ötən il 129 dövlət obyektində yanğın olub” -  General
  11 Fevral 2019    Oxunub:2941
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində 2018-ci ildə görülmüş işlərin və cari ildə qarşıya qoyulmuş vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, müşavirədə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev iştirak edib.
Tədbirdə hesabat məruzəsi ilə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov ötən ilin yanğın hadisələrini təhlil edərək nəzərə çatdırıb ki, 15229 yanğın hadisəsinin söndürülməsinə ümumilikdə 152290 əməkdaş, 32087 yanğınsöndürmə texnikası cəlb olunub, yanğınların söndürülməsi zamanı 2401 obyekt - 129 dövlət, 351 özəl obyekt, 321 çoxmənzilli bina, 591 fərdi ev, 522 yardımçı tikili, 487 ədəd müxtəlif təyinatlı texnika yanğından mühafizə edilib.



Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev müşavirədə çıxış edərək respublikamızda yanğından mühafizə qurumlarının döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasının vacibliyini bildirib. Nazir müavini yanğınların ləğv edilməsi, qəzaların nəticələrinin aradan qaldırılması zamanı və digər mürəkkəb xarakterli xüsusi şəraitlərdə qüvvə və vasitələrin bacarıqla idarə olunması ilə bağlı tövsiyələrini verib.



Həmçinin, Etibar Mirzəyev Xəzər dənizi akvatoriyasında neft və qaz sənayesi obyektlərinin yanğın təhlükəsizliyini təmin edən yanğından mühafizə qurumlarının fəaliyyətinin daha da gücləndirilməsinin əhəmiyyətindən danışıb.

Azvision.az


Teqlər: FHN   Müşavirə  





Xəbər lenti