“Ötən il bizə ixtiralarla bağlı 171 sənəd daxil olub” - Kamran İmanov
Onun sözlərinə görə, iddia sənədlərinin ekspertizası nəticəsində 20 Avrasiya iddia sənədi, 14 PCT iddia sənədi, 145 müsbət nəticə haqqında bildiriş, 53 ilkin ekspertiza sorğusu, 5 iddia sənədi üzrə kargüzarlığın dayandırılması haqqında bildiriş, 2 baxılmaqdan imtina haqqında bildiriş, 14 müxtəlif növ bildiriş göndərilib, 182 axtarış aparılıb.
Sədr qeyd edib ki, əmtəə nişanlarının beynəlxalq qeydiyyatına dair Madrid Sazişi və ona dair Protokol çərçivəsində daxil olan bildirişlərin sayı 2 639 olub: "Hesabat dövründə 3 041 iddia sənədi üzərində ekspertiza aparılıb. Onlardan 214 əmtəə nişanının qeydiyyatına dair ilkin imtina qərarları tərtib edilərək Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) göndərilib. Yerli iddiaçılar tərəfindən əmtəə nişanlarının beynəlxalq qeydiyyatına dair 8 əmtəə iddia sənədi ilə müraciət daxil olub. Onlardan 4 əmtəə nişanının ilkin ekspertizası aparıldıqdan sonra ÜƏMT-yə göndərilib, 4 əmtəə nişanı hazırda ilkin ekspertiza mərhələsindədir".
K.İmanov əlavə edib ki, Haaqa sistemi vasitəsilə Sənaye nümunələrinin beynəlxalq qeydiyyatına dair 130 bildiriş sənədi daxil olub: "Onlardan 111-nin üzərində ekspertiza başa çatdırılaraq müsbət qərar qəbul edilib. 2 sənaye nümunəsinin qeydiyyatına dair imtina qərarı qəbul edilərək Beynəlxalq Büroya göndərilib. Hazırda 17 bildiriş üzrə ekspertiza işləri davam etdirilir".
Azvision.az
Teqlər: Kamran-İmanov Agentlik