“Onların maaşı 30 faizdən 70 faizə qədər artacaq” - Nazir (VİDEO)

“Onların maaşı 30 faizdən 70 faizə qədər artacaq” -  Nazir (VİDEO)
  09 Fevral 2019    Oxunub:29721
"Ötən gün dövlət başçısının imzaladığı sərəncamla Azərbaycanda minimum əməkhaqqı 180 manat oldu"
Azvision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir diqqətə çatdırıb ki, bu il ölkə üzrə orta yaşayış minimumu 180 manatdır. Onun sözlərinə görə, Azərbaycanda minimum əməkhaqqı yaşayış minimumuna çatıb. Bu da qarşıya qoyulan hədəflərdən biri idi.

"50 manat ümumilikdə 38,5% artım deməkdir. Bu artım çox böyük əmək qabiliyyətli əhali kütləsini əhatə edəcək. Sırf dövlət büdcəsindən maliyyələşən sahələri götürsək, 450 min nəfəri əhatə edəcək. Onların əməkhaqqısı müxtəlif kateqoriyalar üzrə 30 faizdən 70 faizə qədər artacaq. Ümumi rəqəm götürdükdə isə 30 faiz artım olacaq. İlkin qiymətləndirməyə əsasən, artım özəl sektorda çalışan 150 min şəxsin əmək haqqısına da təsir edəcək. Bu, özəl sektorda əməkhaqqıların leqallaşmasına ciddi təsir edərək. Həmin şəxslərin əməkhaqqısı 180 manatdan aşağı idi. Ümumilikdə sərəncam 600 min insanı əhatə edəcək”.



Nazir qeyd edib ki, əməkhaqqı 30 faiz artdıqda, insanların sosial və işsizlikdən sığorta haqları da artacaq: “Bu da onların gələcəkdə daha yüksək pensiya almasına, işsiz qaldıqda isə daha yüksək işsizlikdən sığorta ödənişi almasına səbəb olacaq. Bununla həmin şəxslərin həm pensiya təminatı, həm də sosial müdafiəsi güclənir”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Nazir   ƏƏSMN   Sahil-Babayev  





Xəbər lenti