“Bakubus”un 2 avtobusu 3 piyadanı vurub - BNA səbəbi açıqladı

“Bakubus”un 2 avtobusu 3 piyadanı vurub -  BNA səbəbi açıqladı
  09 Fevral 2019    Oxunub:3588
Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda "Bakubus" avtobuslarının 3 piyadanı vurmasına münasibət bildirib.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev Azvision.az -a açıqlamasında bildirib ki, hər iki hadisə ötən gün baş verib. Onun sözlərinə görə, qəza haqda məlumat daxil olan kimi BNA tərəfindən araşdırma başlayıb.
"3 nömrəli avtobusla bağlı ilkin araşdırma zamanı müəyyən edilib ki, piyada yolu müəyyən olunmayan yerdən keçərkən avtobusun arxa hissəsinə dəyib. 6 nömrəli avtobusun iştirakı ilə olan qəza da hər iki piyada yolu piyadalar üçün müəyyən olunmayan yerdən keçməyə cəhd edərkən baş verib. Hadisə avtobus yol kəsişməsində dönərkən olub".

M.Ağayev qeyd edib ki, hər iki faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır və dəqiq səbəblər bundan sonra məlum olacaq.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Qəza   Bakubus  





Xəbər lenti