Gəmiçilikdə “Təhlükəsizlik günü” keçirilib
Daha sonra 2018-ci ilin dördüncü rübündə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində qeydə alınmış hadisələr barədə məlumat verilib. Təhlükəsizlik, yanğın və ekologiya üzrə ümumi nöqsanlar diqqətə çatdırılıb, idarələr üzrə təkrarlanan nöqsanlarla bağlı məruzələr dinlənilib. ASCO və struktura daxil olan donanmalarda keçirilmiş xarici və daxili auditin nəticələri, ötən ilin son rübündə “Təhlükəsizliyin Keyfiyyətli İdarəedilməsi Sistemi”ndə (TKİS) edilmiş dəyişikliklər, donanmalar, idarələrdə 2018-ci ilin dördüncü rübü üzrə KSƏTƏMM və Tibbi müayinə statistikası ətrafında fikir mübadiləsi aparılıb.
Baş verə biləcək hadisələrin qarşısını almaq üçün hazırlanan maarifləndirici materiallar (videoçarxlar, bülletenlər) nümayiş edilib, ötən il görülən işlər və cari ildəki hədəflər kimi mövzular diqqət mərkəzində olub.
“Təhlükəsizik günü”ndə ASCO-nun sədri Rauf Vəliyev Gəmiçilikdə təhlükəsizlik məsələlərinin hər zaman xüsusi diqqətdə saxlanıldığını deyib. Bildirib ki, ASCO-da təhlükəsizliklə bağlı sərt tələblər mövcuddur və bu tələblərə hər bir əməkdaş əməl etməlidir.
Toplantıda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də təhlükəsizliklə bağlı keçirilən SƏTƏM təlimləri və onların əhəmiyyəti haqqında da ətraflı məlumat verilib. Bildirilib ki, maarifləndirmə hesabına hadisələrin sayında azalma qeydə alınıb. Müsbət nəticənin əldə olunmasında hadisələrin araşdırılması və təhlilinin mühüm rol oynadığı diqqətə çatdırılıb.
Azvision.az
Teqlər: Gəmiçilik