Məmmədyarov İrana səfər edəcək

 Məmmədyarov İrana səfər edəcək
  08 Fevral 2019    Oxunub:2637
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevral ayının sonunda İrana səfər edəcək.

Azvision.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, nazirin səfəri zamanı keçirəcəyi görüşlərdə ikitərəfli münasibətlər daxil olmaqla, bir sıra mühüm məsələlər müzakirə olunacaq.

Səfir, həmçinin qeyd edib ki, Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli görüşü Novruz bayramından sonra baş tutacaq.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: XİN   İran   Səfir   Məmmədyarov  





Xəbər lenti