07.02.2019-cu il tarixində Quba rayonunun Vəlvələ kəndi ərazisində Vəlvələçay çayında aparılan qazıntı işləri zamanı ekskavatorun aşması nəticəsində suya düşən 1 nəfərin axtarışları davam etdirilir.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, axtarışlara Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin xilasediciləri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları cəlb olunub. Axtarış işləri barədə əlavə məlumat veriləcək.