“Bəzi ölkələr İran-Azərbaycan münasibətlərini qısqanır” - Səfir
Azvision.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bildirib. Səfr qeyd edib ki, bəzi ölkələr İran-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətinə qısqanclıqla yanaşırlar:
Səfir vurğulayıb ki, İran və Azərbaycanda möhkəm sabitlik hökm sürür: "Bu, çox sevindirici haldır. Amma hər iki ölkədə sabitliyə böyük zəhmət çəkilir".
İranlı diplomat əlavə edib ki, 2018-ci ildə iki ölkə arasında iqtisadi əlaqələr 73 faiz artıb: "Ticari əlaqələrin 5 milyard dollara çatdırılması planlaşdırılır".
Elvin Abdulqədirov
Azvision.az