Şamaxıda vəziyyət necədir? - Nazirlikdən açıqlama

  Şamaxıda vəziyyət necədir? -    Nazirlikdən açıqlama
  08 Fevral 2019    Oxunub:2306
Şamaxıda baş vermiş zəlzələdən sonra mövcud sürüşmə sahələrində stabillik hökm sürür.

Bu barədə Azvision.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.
Nazirlik rəsmisi bildirib ki, İşçi Qrup tərəfindən Şamaxı, İsmayıllı rayonunda mövcud sürüşmə sahələrinə baxış keçirilib.

“Həmin ərazilərdə zəlzələdən sonra dəyişiklik hiss olunmayıb. Əvvəlki sürüşmə sahələrində isə gərginlik qalmaqdadır. Şamaxı şəhərində 48 A məhəlləsində sürüşmənin olması zəlzələdən sonra baş verən hadisə deyil. Əvvəl də orada gərginlik var idi və hər dəfə artırdı. Bu gün həmin ərazidə gərginlik qalıb və davam edir. Bakı-Şamaxı yolunun 111 və 122 km-də asfalt qatında çatın əmələ gəlməsini sürüşmə ilə əlaqələndirirlər. Bu ərazi sürüşmə sahəsinə daxil deyil. Həmin ərazi zəlzələ nəticəsində deformasiya olub”.

Qeyd edək ki, Şamaxıda zəlzələdən sonra sürüşmə sahələrinin aktivləşməsi barədə məlumatlar yayılıb.

Aytən Zəhra
Azvision.az





Teqlər: ETSN   Şamaxı  





Xəbər lenti