DSX əməkdaşları bir neçə uğurlu əməliyyat keçirdi - FOTOLAR

 DSX əməkdaşları bir neçə uğurlu əməliyyat keçirdi -  FOTOLAR
  08 Fevral 2019    Oxunub:3133
Son günlərdə dövlət sərhədinin etibarlı mühafizəsi və nar­kotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Döv­lət Sərhəd Xidməti tərəfindən bir sıra uğurlu əməliyyatlar keçiril­ib, 21 kq 775 qram narkotik vasi­tənin, 261 ədəd psixortop həb və 175 ml narkotik tərkibli məhlulun dövlət sərhədindən qaçaqmal qismində qanunsuz keçi­ril­məsinin qarşısı alınıb, bu cinayət əməllərinin iştirakçısı olan 2 nəfər şəxs həbs olunaraq cinayət məsuliyyətinə cəlb edilib.
DSX-dan Azvision.az -a verilən məlumata görə, 3 halda İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 4 nəfər naməlum şəxsin qarşısı alın­ıb, sərhəd pozucuları sər­həd naryadlarının qanuni əmrlərinə ta­be olmayıb və qaçaqmalı sərhəd­boyu zolaqda ataraq geri qaç­ıblar.



3 fevral tarixində isə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­ları­nın “Lənkəran” sərhəd dəstəsinin Astara ra­yonunun Alaşa kən­di yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 1 nə­fər naməlum şəxsin hərə­kəti müşahidə olunub və ”dayan” əmri verilib. Sərhəd po­zucusu əlindəki bağ­lamaları əraziyə ataraq geriyə qaçıb. Ərazidə aşkar olun­muş 4 ədəd bağla­mada 3 kq 80 qram “kokos”, 1 kq 55 qram “tir­yək”, 105 qram “mari­xuana”, həm­çinin 190 ədəd “tramol 225” mar­kalı həb, 175 ml “mydrax” mar­kalı narkotik tərkibli məhlul aş­kar edilərək götü­rül­üb.



4 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunla­rı­nın “Horadiz” sərhəd dəstəsinin Beyləqan ra­yo­nunun 2-ci Şah­sevən kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin qarşısı sərhəd nar­yadı tərə­findən alınıb. Sərhəd naryadı “dayan” əmri verərək havaya xəbərdarlıq atəşi açıb, sərhəd pozucusu tabe olmayıb, əlin­dəki bağlamanı əraziyə ataraq geri qaçıb. Bağlamada 10 kq 115 qr “heroin” narkotik vasitəsi və 1 ədəd “Bloԝ 2003 mini” markalı tapança aşkar edilərək götürülüb.



4 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunla­rının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayo­nunun Böyük Bəh­mənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahə­sində 2 nəfər naməlum şəxsin hərə­kətini aşkar edən sərhəd nar­yadı tə­rə­findən ”dayan” əmri verilib, lakin sərhəd pozu­cuları tabe olma­yaraq geriyə qaçıblar. Ərazi dərhal qapa­dılaraq axta­rış tədbirləri keçirilib, nəticədə 2 ədəd çantanın içərisində 6 kq 670 qr “ko­kos”, 390 qr kristal şəklində narkotik maddə olan “he­roin”, 360 qr “mari­xuana” və 71 ədəd “psixotrop həb” aşkar edi­lərək götürül­üb.



Narkotik vasitələrin sifarişçilərinin müəyyənləşdirilməsi və ci­na­yət mə­suliy­yətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əmək­daşları tərəfindən keçirilmiş əməliyyat-axtarış təd­bir­ləri nəticəsində 2 nəfər Azərbaycan Respublikasının vətən­daş­ı Füzuli rayonunun Böyük-Bəhmənli kənd sakinləri 1976-cı il təvəllüdlü Həsənov Seymur İbiş oğlu və 1977-ci il təvəllüdlü İs­mayılov Ramil Ulduz oğlu saxlanılıblar..

Qeyd olunan faktlar üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.















Azvision.az


Teqlər: DSX   Narkotik  





Xəbər lenti