47 yaşlı qadın köşkün altında qalaraq ölüb

47 yaşlı qadın köşkün altında qalaraq ölüb
  07 Fevral 2019    Oxunub:1431
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Nizami rayonunda aşmış köşkün (taxta konstruksiyalardan ibarət) altında qalmış şəxsin xilas olunması üçün müraciət daxil olub.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Görülən tədbirlər nəticəsində 1972-ci il təvəllüdlü Qəhrəmanova Aytəkin Həmdəm qızının meyiti köşkün altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Azvision.az




Teqlər: FHN   Gəncə  





Xəbər lenti