Qubada 15 avtoxuliqan saxlanıldı - FOTOLAR
Əsasən Rusiya istehsalı olan “Niva”, “Lada Priora” “VAZ 2016”, “VAZ 21074” markalı avtomobilləri idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan bu şəxslər barəsində Quba RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün rayon Məhkəməsinə göndərilib.
Avtxuliqanlıq etmiş qrupun bir üzvü-Cahangir Fərzəliyev “VAZ 2115” markalı avtomobillə polis əməkdaşlarının “saxla” əmrinə tabe olmamış, yol-nəqliyyat hadisəsi törədərək həmin nəqliyyat vasitəsinin hadisə yerində qoyub qaçmışdır. Hazırda onun da saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Azvision.az
Teqlər: DİN Quba Avtoxuliqan