İpoteka kağızları elektronlaşdırılır

İpoteka kağızları elektronlaşdırılır
  05 Oktyabr 2018    Oxunub:1708
Azərbayacanda ipoteka kağızının elektronlaşdırılması üçün qanuna dəyişiklik edilir.
AzVision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında "İpoteka haqqında" qanunda dəyişikliklər layihəsi I oxunuşda müzakirə olunub.

Qanun layihəsi "Azərbaycanda ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında" Azərbaycan prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanının 9.2-i bəndinin icrası, habelə bu sahədə məmur-vətəndaş təmasının minimum səviyyəyə çatdırılması , şəffaflığın artırlması, sağlam və təhlükəsiz elektron informasiya mübadiləsinin təmin edilməsi məqsədilə hazırlanıb.

Dəyişikliklər daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının qeydiyyatının və dövriyyəsinin elektron qaydada təşkili ilə bağlı müddəalarının hüquqi əsasının formalaşdırılmasını ,həmçinin ipoteka kağızının tərtib olunması, ipoteka qoyan tərəfindən imzalanması, onun notariat qaydasında təsdiqlənməsi və digər prosedurlarların elektron qaydada həyata keçirilməsini nəzərdə tutur.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: İpoteka   Milli-Məclis   İclas  





Xəbər lenti