AFFA “Keşlə”ni cərimələdi

AFFA “Keşlə”ni cərimələdi
  02 Oktyabr 2018    Oxunub:3884
AFFA İntizam Komitəsi “Keşlə” klubunu 800 manat məbləğində cərimələyib.
AzVision.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, səbəb paytaxt təmsilçisinin 4 futbolçusunun Azərbaycan Premyer Liqasının VI turunda “Qəbələ” ilə səfər matçında sarı vərəqə ilə cəzalandırılmasıdır.

Qeyd edək ki, “Qəbələ” – “Keşlə” matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

AzVision.az


Teqlər: AFFA   Keşlə  





Xəbər lenti