“İnzibati icraat haqqında” qanunun tətbiqi ilə bağlı təlim

“İnzibati icraat haqqında” qanunun tətbiqi ilə bağlı təlim
  24 Sentyabr 2018    Oxunub:3054
Dövlət Miqrasiya Xidmətinin aparatında və sisteminə daxil olan qurumlarda çalışan işçilərə peşə hazırlığının yüksəldilməsi məqsədilə Kadrlar və kadr hazırlığı idarəsi və Təlim-tədris mərkəzi tərəfindən praktiki məşğələlərdən ibarət təlimlər təşkil edilir.
DMX-dan AzVision.az-a verilən xəbərə görə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi istiqamətində təşkil olunmuş növbəti təlim Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının dosenti Sübhan Əliyev tərəfindən keçirilib.



Təlimdə ölkəmizdə həyata keçirilən inzibati hüquq islahatlarının tərkib hissəsi olan adıçəkilən qanunun inzibati orqanların hüquqi dövlət prinsiplərinə uyğun və şəffaf fəaliyyətini təmin etməklə yanaşı, korrupsiyaya qarşı mübarizədə mühüm bir vasitə olduğu da bildirilib. Təlimdə fikir mübadiləsi aparılıb, ortaya çıxan suallar cavablandırılıb.



AzVision.az


Teqlər: DMX   Təlim  





Xəbər lenti