Narkoloji Mərkəzin direktoru yanğına görə işdən çıxarılıb - (VİDEO)

Narkoloji Mərkəzin direktoru yanğına görə işdən çıxarılıb - (VİDEO)
  19 Aprel 2018    Oxunub:4255
Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov vəzifəsindən azad edilib.

Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. Nazirlik rəsmisi bildirib ki, direktor martın 2-də mərkəzdə baş verən yanğınla əlaqədar işdən xaric olunub.
S.Əhmədovanın sözlərinə görə, Narkoloji Mərkəzinin direktor vəzifəsinin icrası Aytən Səmədovaya həvalə edilib.

Qeyd edək ki, martın 2-də Respublika Narkoloji Mərkəzində baş verən yanğın nəticəsində 25 nəfər həlak olub.



Aytən Zəhra
AzVision.az


Teqlər: Səhiyyə-Nazirliyi  





Xəbər lenti