Hillari Klintonun filmi təxirə salındı

Hillari Klintonun filmi təxirə salındı
  01 Oktyabr 2013    Oxunub:1136
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonla bağlı çəkiləcək sənədli film təxirə salınıb.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, Hillari Klintonla bağlı sənədli filmin rejissoru bildirib ki, filmin çəkilişlərinin dayandırılmasına siyasi müdaxilə səbəb olub. Bəzi mənbələrin məlumatına görə, Demokrat partiyasında Klintonun tərəfdarları tərəfindən göstərilən təzyiq nəticəsində mənbələrin çoxu yayınıb.

Avqust ayında müxalifətçi Respublikaçılar partiyası proqramın CNN kanalında efirə getdiyi təqdirdə onu boykot edəcəyini bildirmişdi. Partiya həmçinin NBC kanalında Klintonla bağlı göstəriləcək mini-serialları da boykot edəcəyini söyləmişdi. Qeyd edək ki, mini-serial çəkilmək mərhələsindədir və aktrisa Dayan Leyn (Diane Lane) ölkənin keçmiş birinci xanımı Hillari Klintonu canlandıracaq.



CNN kanalı filmin təxirə salınması barədə heç bir açıqlama verməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti