Turistlər dəhşətli anlar yaşadı

Turistlər dəhşətli anlar yaşadı
  30 Sentyabr 2013    Oxunub:1193
Temza çayında turistləri daşıyan qayıq alovlandı
Temza çayında qayıqla şəhəri seyrə çıxan qonaqlar ölümlə üz-üzə qalıb. Turistləri daşıyan qayıq qəfildən yanmağa başlayıb. Həvəskar kameradan lentə alınan görüntülərdə qayıqdakıların alovdan qaçmaq üçün özlərini çaya atdığı aydın əks olunub.

Parlament yaxınlığında baş verən qəzadan dərhal sonra əraziyə xilasetmə dəstələri cəlb olunub. Turistlər xilas edilsə də, onlardan bəziləri həkim nəzarətinə götürülüb. Yerli mediya qəzada bir neçə turistin tüstüdən zəhərləndiyini bildirir.




Teqlər:  





Xəbər lenti