Aktrisa əməliyyat olundu

Aktrisa əməliyyat olundu
  30 Sentyabr 2013    Oxunub:1350
Türkiyədə ağır beyin əməliyyatı keçirən xalq artisti Firəngiz Mütəllimova bu gün jurnalistləri başına yığaraq mətbuat konfransı keçirib. Aktrisa bildirib ki,ilkin müayinədən sonra aktrisaya həkimlər əməliyyatın vacib olduğunu bildiriblər. Bu barədə isə yalnız bacısının xəbəri olub.

“Başımda kəskin ağrılar hiss edirdim, sanki iki baş gəzdirirdim. Ailə həkimimiz Ramiz bəyə müraciət etdim. Həkim də ilkin müayinədən sonra Türkiyəyə getməyimi lazım bildi. Bacım Nərgizlə Türkiyəyə getdik. Orada Hakan Oruckapdanla görüşdüm. O, da əməliyyatın vacib olduğunu söylədi. Əməliyyat geciksəydi, iflic ola bilərdim, razılıq verdim. Əməliyyata girməzdən öncə otağa girəndə həkimlərə “salam” dedim, mənə güldülər. Nə bilim ki, türk dilində ”salam” kolbasa anlamını verir. (gülür). Elə onlarla gülə-gülə əməliyyata girdim, şükürlər olsun ki, özümü indi yaxşı hiss edirəm. Lakin mənə şüadan uzaq durmağımın lazım olduğunu söylədilər. Ona görə də ev telefonumu da söndürmüşəm”.

Sabahdan etibarən məşqlərə başlayacaq aktrisa onun əməliyyatına maddi və mənəvi dəstək olan insanlara minnətdarlığını bildirib: “Əməliyyatdan sonra bir daha əmin oldum ki, insana həqiqətən də yaxşılıq qalacaq. Mənə həm maddi, həm də mənəvi dəstək verən insanlara dərin minnətdarlığımı bildirirəm”.(lent.az)


Teqlər:





Xəbər lenti