16,75 milyard avro tapıldı

16,75 milyard avro tapıldı
  30 Sentyabr 2013    Oxunub:1494
AzVision.az Musavat.com-a istinadən xəbər cerir ki, Səddam Hüseynə məxsus olduğu ehtimal edilən 16,75 milyard avro tapılıb. 2007-ci ildə Frankfurtdan Moskvaya göndərilən 100 avroluq əskinazlar 6 ildir hava limanında sahibini gözləyir.
«Daily mail» nəşrinin yazdığına görə, sənədlər pulların 45 yaşlı İran vətəndaşına sahib olduğunu göstərir. Lakin bu şəxs Rusiya gömrükçülərinin müvafiq sənəd təqdim etmək tələbini cavabsız qoyduğundan pullar heç kimə çatmayıb. O heç pulları almaq üçün Moskvaya da gəlməyib.

Bu pulların kimə çatacağı göstərilməsə də, bunun Səddam Hüseynə məxsus olduğunu ehtimalı var. Bəzi məlumatlara görə isə pullar Liviyanın keçmiş diktatoru Müammar Qəzzafiyə məxsusdur.

16,75 milyard avroluq yük 6 il müddətində Moskva hava limanında sahibini gözləyib. Pullar yüksək təhlükəsizlik şəraitində silahlı mühafizə altında hər biri 100 mln avro olan təxminən 200 altlıqda saxlanılır.

Gizli mənbə Rusiya mətbuatına açıqlamasında bu pulların Səddam Hüseynə məxsus olduğunu ehtimal edib. Ancaq bu ehtimal olaraq qalır və Rusiya kəşfiyyatı pulların əsl sahibini müəyyən edə bilməyib. Maraqlıdır ki, pullar hava limanına sahibi göstərilmədən gəlib.

Nə səbəbdən Səddam Hüseynə məxsus pullar o devriləndən dörd il sonra Almaniyadan Moskvaya göndərildiyi isə sirr olaraq qalır. Ancaq bu pulların mənbəyi ilə bağlı yeganə versiya deyil.
Bəzi məlumatlara görə, İraq diktatoru devrilməzdən əvvəl diplomatik baqajda Moskvaya 7,5 mlrd avro ötürüb. Bu da onun sərvətinin hamısı deyil.

Səddam Hüseyn pulları ölkədən çıxaran yeganə diktator olmayıb. Eyni addımı ölkəsindəki üsyandan sonra öldürülən Liviya diktatoru Müammar Qəzzafi də ata bilərdi.

Digər ehtimallara görə, bu vəsait məmurların korrupsiya yolu ilə qazandığı pullar yaxud rus mafiyasının pullarıdır. Lakin bu olduqca böyük sərvət üçün Rusiya təhlükəli yerdir.

Ötən həftə yayılan məlumatlara görə isə pulun sahibi Ukraynada yerləşən xeyriyə fondunun rəhbəri Aleksandr Şipilovdur. Ancaq o da Rusiya tərəfini buna inandıra bilməyib.

Bununla belə Rusiya tərəfi də pulu sahib çıxmayıb. Çünki bunun üçün tutarlı əsas yoxdur. vəsaitin ötürüldüyü bank kimi Deutsche Bank göstərilsə də, bu da tam təsdiqini tapmayıb. 16,75 mlrd avro sahibini gözləyir.


Teqlər:  





Xəbər lenti