Deputatlar həbs edildi

Deputatlar həbs edildi
  29 Sentyabr 2013    Oxunub:1225
Yunanıstan parlamentinin deputatı, ultrasağçı “Qızıl Şəfəq” partiyasının lideri Nikos Mikaloliakos həbs edilib. Deputatın həbsi onun kriminal təşkilata bağlılığı ilə əlaqəlirilir.

Bundan başqa daha 5 deputatın həbsinə order və onlarla partiya üzvünün isə axtarışa verildiyi bildirilir.

Neonasist partiyasının üzvləri bu günlərdə öldürülən 34 yaşlı antifaşist, musiqiçi Pavlos Fissasin ölümündə şübhəli bilinirlər.

Musiqiçinin öldürlməsi ilə bağlı ölkənin bir çox şəhərlərində etiraz aksiyaları keçirilib. Sentyabrın 24-də paytaxt Afinada həmkarların və siyasi partiyaların təşkil etdiyi antifaşist marşında 10 min adam iştirak edib.

Qeyd edək ki, Yunanıstanda 2012-ci ildə keçirilən seçkilərdə “Qızıl Şəfəq” partiyası parlamentdə 18 yer alıb.


Teqlər:





Xəbər lenti