Pakistanda daha bir zəlzələ: 34 ölü

Pakistanda daha bir zəlzələ: 34 ölü
  28 Sentyabr 2013    Oxunub:1141
Pakistanın qərbindəki Bəlucistan əyalətində baş verən güclü zəlzələ nəticəsində 34 nəfər ölüb.
Azvision.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə yerli DAWN qəzeti məlumat yayıb.

Daha öncə 21 nəfərin öldüyü bildirilirdi.

ABŞ seysmoloqlarının məlumatına görə, zəlzələ 7,8 bal gücündə olub. Onun episentri İranın Zahedan şəhərindən 200 km cənub-şərqdə qeydə alınıb.

Zəlzələ Hindistanın paytaxtı Dehli şəhərində də hiss edilib.
Bu arada sentyabrın 25-də baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı isə 515-ə çatıb.


Teqlər:  





Xəbər lenti