"Manatın məzənnəsi neftin qiymətindən asılı olacaq" - Ekspert

"Manatın məzənnəsi neftin qiymətindən asılı olacaq" - Ekspert
  04 Yanvar 2018    Oxunub:2837
"Maliyyə naziri manatın möhkəmlənməsi üçün təzyiqlərin olduğunu bildirib. Bir müddət öncə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının sifarişi ilə Niderlandın ING maliyyə holdinqinin tərəfdaşı ACT LLC humanitar təşkilatı tərəfindən keçirilən sorğu və hazırlanan hesabatda Azərbaycan milli valyutasının dollara nisbətən kursunun 2018-ci ildə 1.59-dək yüksələcəyi qeyd olunmuşdu. Mərkəzi Bankın mövqeyi dəyişməyib: əgər qlobal şoklar baş verməzsə o zaman 2018-ci ildə il manat dəyər itirməyəcək"
AzVision.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, baş bankda bu şokların nə olduğu açıqlanmasa da, təbii ki, söhbətin neftin qiymətindən getdiyini təsəvvür etmək çətin deyil.



Ekspert qeyd edib ki, bu il manatın məzənnəsi daha çox neftin qiymətindən asılı olacaq: "Amma bütün hallarda manatın yenidən möhkəmlənməsi qeyri-neft ixracatı və iqtisadiyyatın diversifikasiyası baxımdan arzuolunan deyil. İqtisadi baxımdan mövcud məzənnəni qoruyub saxlamaq daha məntiqi olardı.

Son proseslər göstərir ki, Mərkəzi Bank manatın yenidən kəskin möhkəmlənməsində maraqlı görsənmir. Baş bank üçün mövcud məzənnəni qoruyub saxlamağın daha prioritet olduğu hiss edilir. Əslində, hökumətə təqdim etdiyimiz təkliflərdə manatın möhkəmlənməsi deyil, mövcud məzənnənin qorunub saxlanması və bunun müqabilində 2015-ci ildə hazırladığım “üç tərəfli” mexanizm əsasında xarici valyutada kreditləri olan vətəndaşlarımıza bu il kompensasiyaların verilməsi öz əksini tapıb. Bu bir tərəfdən, Azərbaycan qeyri-neft məhsullarının rəqabətqabiliyyətliliyinin qorunub saxlmasına gətirib çıxarar, digər tərəfdən isə problemli kreditlərin sağlamlaşdırılması, əhalinin banklara olan borc öhdəliyinin kəskin azaldılması baxımdan ciddi irəliləyişə səbəb olar.

Bu ilki məzənnəyə bir daha toxunsaq, manatın yenidən möhkəmlənməsi iqtisadiyyatın şaxələnməs ilə bağlı prioritetlər baxımdan arzuolunan olmasa da, son qərarı Mərkəzi Bank deyəcək".

AzVision.az


Teqlər: Manat   Məzənnə   Vüqar-Bayramov  





Xəbər lenti