“Daily News” ASAN-dan yazdı

“Daily News” ASAN-dan yazdı
  14 Sentyabr 2013    Oxunub:1553
“Hürriyyət”in ingiliscə buraxılışı olan “Daily News” ASAN Xidmət haqqında geniş məqalə dərc edib. Məqalənin əslini buradan oxuya bilərsiniz. AzVision.az sizə həmin məqalənin tərcüməsini təqdim edir.

Azərbaycanın yeni brendi: ASAN

İnkişaf etməkdə olan ölkələr üçün biznes mühitinin keyfiyyəti kiçik və orta ölçülü müəssisələrin inkişafında mühüm rol oynadığı geniş şəkildə qəbul olunur. Hökumətlər biznes müəssisələrinin fəaliyyət göstərəcəyi və qarşılıqlı rəqabət apara biləcəyi qaydalar və çərçivələr müəyyən edir. Buna görə də ardıcıl və davamlı dövlət siyasəti xarici və yerli sahibkarlar üçün həlledici xarakter daşıyır. Biznes qaydaları, dövlət xidmətlərinin göstərilməsi və onun iş metodu şəffaf, asanlıqla əlçatan və dəqiq müəyyənləşdirilə bilən olmalıdır.

Faktiki olaraq müasir texnologiya dünyasında daha yaxşı biznes mühiti üçün elektron xidmətlər biznes qaydaları ilə uğurlu şəkildə inteqrasiya edilməlidir. Onun elementləri vergi ödəyiciləri üçün təmin olunan elektron xidmətlərin siyahısını genişləndirir, bu zaman isə vergi ödəyiciləri ilə birbaşa canlı təmasların formalarını məhdudlaşdırır, vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətləri sadələşdirir və digər dövlət orqanları ilə inteqrasiyanı təmin edir və şəffaflığı artırır.

“ASAN imza”

Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri ilə əməkdaşlıq çərçivəsində hazırlanmış “ASAN imza” xarici sərmayələr və investisiyalar üçün optimal biznes mühiti yaradır. Bu isə öz növbəsində Azərbaycanda vergi və maliyyə sektoru ilə bağlı fərqli elektron xidmətləri təmin edir.

Bu, sahibkarlara vergi və maliyyə məqsədləri üçün sənədlərin yüksək təhlükəsizliklə təmin olunmuş rəqəmsal imzalama forması qismində mobil telefonlardan istifadə etmək imkanı yaradır. Bu zaman hər hansı kart oxuyucusuna ehtiyac olmur. Belə ki, həmin rəqəmsal imzalamanı dünyanın istənilən yerində və istənilən zaman müxtəlif mobil cihazlarda istifadə etmək mümkündür.

“ASAN imza” dünyada ən yaxşı e-hökumət sistemi kimi tanınan X-road sistemində çalışır. Hazırda Azərbaycan və Estoniya öz dövlət sektorlarında bu texnologiyanı tətbiq edən yeganə ölkələrdir.

Azərbaycan xidmət və qiymətləndirmə şəbəkəsi (ASAN)

Bundan əlavə e-xidmətlərin sürətli və ardıcıl inkişafı iş adamları və dövlət orqanları arasındakı münasibətlərə yanaşmanı dəyişdirmişdir. İnzibati əngəlləri azaltmaq, şəffaflığı artırmaq və bu sahədə korrupsiyaya qarşı mübarizə aparmaq məqsədi ilə bir çox tədbirlər həyata keçirilmişdir.

Bu istiqamətdə ən mühüm tədbirlərdən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "ASAN xidmət" mərkəzinin yaradılması ilə bağlı imzaladığı fərman olmuşdur.

"ASAN xidmət" mərkəzlərinin başlıca məqsədi vətəndaşları vahid məkanda müasir texnologiyalar ilə nəzakətli şəkildə yüksək səviyyəli və rahat xidmətlər ilə təmin etməkdir. Vətəndaşlar ən qısa müddət ərzində istər sürücülük vəsiqəsini ala, istərsə də şəxsiyyət vəsiqəsini dəyişə bilər, könüllü gənclərin köməkliyi ilə eyni zamanda ərizələrin doldurulması xidmətindən, internet kafedə pulsuz internetdən və övladlarını uşaq əyləncə guşəsinə təhvil verə bilərlər.

ASAN xidmət mərkəzlərinin digər üstünlüklərindən biri də növbə gözləmə hallarının olmamasıdır. Vətəndaşlar öz vaxt cədvəllərinə uyğun olaraq online şəkildə növbə götürə bilərlər.

Yuxarıda qeyd olunan əsas elementlər dövlət xidmətinin daha yaxşı göstərilməsi və yüksək səviyyəli biznes mühiti üçün zəruridir.

Kamal Cəfərov


Teqlər:  





Xəbər lenti