Türkiyə Super Liqası Azərbaycanda yayımlanacaq

Türkiyə Super Liqası Azərbaycanda yayımlanacaq
  07 Sentyabr 2017    Oxunub:3182
Futbol üzrə Türkiyə Super Liqasının oyunları Azərbaycanda ilk dəfə CBC Sport telekanalı vasitəsilə yayımlanacaq.
Bu barədə telekanalın baş direktoru Volkan Üst bildirib. O deyib ki, Digitürk xarici ölkələr arasında ilk dəfə Azərbaycan telekanalına yayım hüququnu verib. V.Üst 3 ay öncə başlanan danışıqların AFFA-nın da dəstəyilə müsbət yekunlaşdığını vurğulayıb. Oyunlar CBC Sportun şərhçiləri tərəfindən şərh olunacaq.

Qeyd edək ki, CBC Sport yayıma bu həftədən başlayacaq. Hər tur 2 oyun canlı yayımlanacaq.

AzVision.az


Teqlər: CBC   Türkiyə  





Xəbər lenti