“Qarabağ”ın tarixi qələbəsinə erməni qısqanclığı - FOTO

“Qarabağ”ın tarixi qələbəsinə erməni qısqanclığı - FOTO
  24 Avqust 2017    Oxunub:13282
Ağdamın “Qarabağ” klubunun Azərbaycan tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsini ermənilər qısqanclıqla qarşılayıblar.
AzVision.az xəbər verir ki, Çempionlar Liqasının rəsmi “Facebook” səhifəsində “Qarabağ”ın futbolçularının tarixi zəfərdən sonra sevinc anlarını əks etdirən foto paylaşılıb və təbriklər qeyd olunub.

““Qarabağ FK-nın paltardəyişə otağında parti zamanı. UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan komandası”.



Təmsilçimizə göstərilən diqqət düşməni ciddi narahat etməyə başlayıb. Çirkin xislətlərini gizlədə bilməyən erməni istifadəçilər "Qarabağ"la bağlı paylaşımı "unlike" ediblər. Bu yanaşma onu göstərir ki, düşmən təkcə müharibə meydanında deyil, həm də idman arenalarında Azərbaycandan çəkinir.

İşğalçı ölkənin təmsilçiləri həm də yaxşı anlayır ki, “Qarabağ”ın qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə yüksəlməsi işğal altında olan Dağlıq Qarabağın tarixi Azərbaycan torpağı olmasını bütün dünyaya bir daha sübut edəcək. Şübhə yox ki, Azərbaycan ən böyük qələbəni tezliklə Qarabağda qazanacaq.



Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Qarabağ   UCL  





Xəbər lenti