Lavrov: `Kimyəvi silahı üsyançılar tətbiq edib`

Lavrov: `Kimyəvi silahı üsyançılar tətbiq edib`
  09 Sentyabr 2013    Oxunub:1108
`Bunu sübut edən dəlillər var`.
Rusiya, Suriyada kimyəvi silahın üsyançılar tərəfindən istifadə edildiyini sübut edən faktlardan xəbərdardır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Moskvada suriyalı həmkarı Valid əl Muallemlə görüşdə belə deyib.

Rusiya xarici işlər naziri qeyd edib ki, Rusiyanın əlində kimyəvi silahdan üsyançıların istifadə etdiyini göstərən videofaktlar və şahidlərin danışıqları mövcuddur. Onun sözlərinə görə baş verənlər əslində Qərbin təqdim etdiyi kimi olmayıb. Bu, onların düşünülmüş ssenarisidir:
“Silahlı üsyançıların törətdiyi vəhşilikləri görənlər vardır. Onların qabaqcadan düzüb-qoşduğu videomaterialları internetə yerləşdirmələrini və sonradan özlərinə baxıb fəxr etdiklərini göstərən kadrlar əldə edilib. Bundan başqa beynəlxalq komissiyanın üzvü Karla del Ponte də bəyan edib ki, onun əlində kimyəvi silahı üsyançıların tətbiq etdiyi barədə dəlillər var”.
Lavrov ,məsələnin siyasi yolla həllinin tərəfdarlarının Moskvaya dəvət ediləcəyini də istisna etməyib. Qeyd edək ki, xarici işlər nazirlərinin görüşü davam etdiyi bir vaxtda Suriyada Əsəd qüvvələri qədim Maalula şəhərini esyançılardan azad ediblər.

Suriya prezidenti Bəşər Əsəd isə Amerikanın CBS telekanalına müsahibə verib. Əsəd amerikalıları konqresin Suriyanın bombalamağa razı olmasına yol verməməyə çağırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti