Cəlilabadda iki avtomobil toqquşub

Cəlilabadda iki avtomobil toqquşub
  08 Sentyabr 2013    Oxunub:986
Cəlilabad şəhərində "MERCEDES" markalı minik avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə nəticəsində hər iki avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri alıb. Onlar yanğınsöndürən-xilasedicilər çatana kimi vətəndaşlar tərəfindən çıxarılaraq rayon mərkəzi xəstəxanasına aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti