Putin və Obama Snoudeni müzakirə etməyib

Putin və Obama Snoudeni müzakirə etməyib
  07 Sentyabr 2013    Oxunub:966
Rusiya Edvard Snoudeni birtərəfli qaydada təhvil verməyəcək
Rusiya prezidenti Vladimir Putin Rusiya və ABŞ arasında mübahisə mövzusu olan Edvard Snouden məsələsinə də toxunub. Sammit çərçivəsində həmkarı Barak Obama ilə Snoudeni müzakirə etmədiyini bildirən Vladimir Putin birtərəfli qaydada Snoudenin təhvil verilməsinin mümkün olmadığını bəyan edib.

“Bir daha vurğulamaq istəyirəm ki, cənab Snouden bizim ölkəyə təsadüfən gəlib. Biz onu buraya dəvət etməmişdik. O, bizim ərazimizdədir və heç bir cinayət işləməyib. O, tranzitlə Latın Amerikasına keçmək niyyətində idi. Amma amerıkalılar onu elə qorxutdular ki, o, sözün əsl mənasında burada ilişib qaldı. Onlar başqa cür hərəkət edə bilərdilər. Axı onlar Boliviya prezidentinin təyyərisini qırıcılar olmadan endirdilər. Sadəcə hava məkanını bağladılar. Onlar Snoudenlə də bu cür davrana bilərdilər. Onun uçduğu mülki təyyarəni endirə, hava məkanını bağlaya bilərdilər” - deyə Rusiya prezidenti, Vladimir Putin bildirib.


Teqlər:  





Xəbər lenti