Əgər Bəşər Əsəd höküməti devrilsə

Əgər Bəşər Əsəd höküməti devrilsə
  07 Sentyabr 2013    Oxunub:1464
Onda Suriyadakı kimyəvi silahların mühafizəsi üçün ABŞ-a 75 min əsgər lazım olacaq
Pentaqonun bu yaxınlarda dərc edilən hesabatında bildirilir ki, Suriya ərazisindəki kimyəvi silah ehtiyatının terrorçular və silahlılardan qorunmaq üçün Vaşinqton bu ölkəyə 75 min əsgər yeritməlidir. “Vaşinqton Post” qəzeti yazır ki, əgər Bəşər Əsədin hökümət qoşunları kimyəvi silah üzərində nəzarəti əldən versələr, Suriyada təhlükəsizliyin təminatı üçün ABŞ bu ölkəyə əsgər yeritməlidir. Fransa kəşfiyyatının son məlumatlarına görə, Suriya ərazisində 1000 tondan artıq zəhərləyici maddə var. Hesabatda o da bildirilir ki, ABŞ-da Suriyada hadisələrin müxtəlif ssenariləri üzrə inkişafına hazırlıq gedir. O cümlədən, mövcud rejimin iflasından sonra silahlıların qeyri-qanuni qruplaşmalarının əlinə keçməməsi üçün variantlar axtarılır. Hələ 2013-cü ildə ABŞ müdafiə naziri Leon Panetta xəbərdarlıq edərək, bildirib ki, Rusiyada şəraitin inkişafı Liviyadakından 100 dəfə pis ola bilər.


Teqlər:





Xəbər lenti