Hollivud aktrisası Azərbaycan qatığını reklam edəcək – FOTOLAR

Hollivud aktrisası Azərbaycan qatığını reklam edəcək – FOTOLAR
  07 Sentyabr 2013    Oxunub:1362
Hollivud ulduzu, dünya şöhrətli aktrisa Milla Yovoviç Azərbaycanda süd məhsulları üzrə aparıcı kompaniya olan Milla-nın televiziya reklam çəkilişləri üçün Bakıya gəlib.
Bruketa&Zinic OM Reklam agentliyi və Milla kompaniyası son dörd ay ərzində bu reklam kampaniyasının hazırlıq işləri və Milla Yovoviçin Bakıya səfəri üzərində çalışıb.

Aktrisa dörd gün ərzində Azərbaycanın müxtəlif tarixi və müasir görməli yerlərində Milla markası üçün çəkilişlərdə iştirak edəcək. Reklam bu payızda televiziyaya çıxarılacaq.

Amerikalı kino ulduz Milla Yovoviç “Beşinci element”, “Resident Evil”, “Return to the Blue Lagoon” kimi filmlərin çəkilişindən sonra məşhurluq qazanıb. O, Ukraynada rus-serb ailəsində dünyaya gəlib və rus dilini doğma dili hesab edir. Model kimi Yovoviç məşhur beynəlxalq markaların reklam kampaniyalarında iştirak edib. Hazırda aktrisa karyerasını musiqi layihələrində davam etdirir.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti