Putin Qərblə mübarizədə Suriyaya yardım edəcək

Putin Qərblə mübarizədə Suriyaya yardım edəcək
  07 Sentyabr 2013    Oxunub:1155
Vladimir Putin Qərb ölkələri hücum edəcəyi təqdirdə Suriyaya kömək edəcəklərini gizlətməyib.
AzVision.az İnterfaks-a istinadən xəbər verir ki, Rusiya prezidenti bu barədə G20 sammitinin Sankt-Peterburqda keçirilən zirvə toplantısının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“Biz Suriyaya kömək edəcəyikmi ? Bəli, edəcəyik. İndi də edirik, silah göndəririk, iqtisadi sahədə əməkdaşlıq edirik, ümid edirəm ki, humanitar sahədə əməkdaşlığımız daha da güclənəcək”, - deyə Putin bildirib.

“Əcnəbi müdaxiləsinə məruz qalacaq növbəti ölkə hansı olacaq ?” sualına Rusiya prezidenti bu barədə düşünmək belə istəmədiyini deyib.

Jurnalistlərlə görüşü zamanı Putin G20 dövlətlərindən ABŞ, Kanada, Türkiyə, Səudiyyə Ərəbistanı və Fransanın Suriyaya hərbi müdaxiləni dəstəklədiyini, Rusiya, Argentina, Çin, İndoneziya, Braziliya, İtaliya, CAR və Hindistanın isə əks mövqedə dayandıqlarını söyləyib.





Teqlər:  





Xəbər lenti