İran Suriyanın qisasını alacaq

İran Suriyanın qisasını alacaq
  06 Sentyabr 2013    Oxunub:1107
İran Bəşər Əsəd rejiminə qarşı əməliyyatın ləngiməsindən istifadə edərək cavab zərbəsi hazırlayır.
ABŞ kəşfiyyatının əldə etdiyi məlumata görə, Vaşinqton və müttəfiqləri Suriyaya hərbi müdaxilə edəcəyi təqdirdə, İran cavab zərbəsi endirəcək. Bu barədə AzVision.az İnterfaks-a istinadən xəbər verir. Məlumata görə, İran İraqdakı muzdlu yaraqlılar vasitəsilə ABŞ-ın Bağdaddakı səfirliyinə hücum etməyi planlaşdırıb.

The Wall Street Journal bildirib ki, Amerika hərbçiləri, Dəməşqə hücum edildiyi təqdirdə suriyalılar, iranlılar və onların müttəfiqlərinin göstərəcəyi reaksiyanı qabaqcadan müəyyənləşdiriblər. Buna görə də onlar İranın Fars körfəzindəki gəmilərini daim nəzarətdə saxlayırlar.

Hizbullah qruplaşmasının da ABŞ-ın Beyrutdakı səfirliyinə mümkün hücumu Ağ Evi narahat edir.

Qeyd edək ki, Konqresin tam razılığı olmadığına görə, Barak Obamanın Suriyada planlaşdırdığı hərbi əməliyyat ləngiyir. Bu isə Suriyaya və onun tərəfdarlarına ehtiyat tədbirləri görmək üçün əlavə vaxt qazandırır.

AzVision.az


Teqlər:





Xəbər lenti