Ərdoğan və Ban Ki-mun görüşüb

Ərdoğan və Ban Ki-mun görüşüb
  06 Sentyabr 2013    Oxunub:1416
Liderlər Suriyadakı vəziyyəti müzakirə ediblər
Rusiyanın Sankt-Peterburq şəhərində Böyük İyirmiliyin sammiti çərçivəsində lidərlər arasında ikitərəfli görüşlərdən biri də Türkiyənin Baş naziri ilə BMT-nin Baş katibi arasında baş tutub.

Rəcəb Tayyib Ərdoğan və Ban Ki-munun görüşündə Suriyadakı humanitar vəziyyətin və kimyəvi silahdan istifadədən sonra baş verənlərin müzakirə edildiyi bildirilir.

Görüşdə Türkiyə tərəfdən xarici işlər naziri Əhməd Davudoğlu və daha bir neçə nazir də iştirak edib.

AzVision.az



Teqlər:  





Xəbər lenti