10 ölkə Suriyaya zərbə vurmağa hazırdır

10 ölkə Suriyaya zərbə vurmağa hazırdır
  06 Sentyabr 2013    Oxunub:1210
10 ölkə artıq ABŞ-ın Suriyaya qarşı hərbi əməliyyatında iştirak etməyə hazır olduğunu bəyan edib.
AzVision.az İnterfaks-a istinadən xəbər verir ki, Avstraliya, Albaniya, Kanada, Danimarka, Fransa, Polşa, Rumıniya, Türkiyə və Kosovo ABŞ-ın Suriyada keçirəcəyi əməliyyatda iştiraka hazırdır. Ölkələr ABŞ-a nəinki ictimai, həmçinin maliyyə dəstəyi göstərəcəklər.

Daha əvvəl ABŞ-ın dövlət katibi Con Kerri bildirmişdi ki, Suriyaya qarşı beynəlxalq koalisiya genişlənir. “Artıq 34 ölkə və təşkilat bildirib ki, əgər Suriya rejiminin kimyəvi silahdan istifadəsi sübut olunarsa, onlar ölkəyə qarşı real hərəkətləri dəstəkləyəcək” – Kerri vurğulayıb.

O bildirib ki, dəstək olan digər ölkələr sırasında Ərəb Liqası dövlətləri də vardır. Hətta onlar hərbi əməliyyatlara maliyyə dəstəyi üçün ABŞ-a təklif irəli sürüblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti