İsmayıllıda yol qəzası, 2 ölü

İsmayıllıda yol qəzası, 2 ölü
  05 Sentyabr 2013    Oxunub:1577
İsmayıllıda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb.
Sentyabrın 4-də gündüz saatlarında İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, bu rayonun ərazisində “Tavriya” markalı minik avtomobili ilə “KamAZ” markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində əzilmiş minik avtomobilinin sürücüsü, 1996-cı il təvəllüdlü Səfərov Müzəffər Eyvaz oğlu və sərnişin, 1976-cı il təvəllüdlü Musayev Mövlud Muxtar oğlu ölüb. Ölənlərin meyitləri yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alət və avadanlıqdan istifadə olunmaqla avtomobildən çıxarılıb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Teqlər:





Xəbər lenti