Xərçəngdən qorunmanın yolları

Xərçəngdən qorunmanın yolları
  05 Sentyabr 2013    Oxunub:1406
Xərçəngin qarşısını alacaq qaydalar müəyyən edilib
Türkiyə onkoloqlarının araşdırmalarına görə hər il Türkiyədə 175 min nəfərə xərçəng diaqnozu qoyulur və yüzlərlə insan bu xəstəlikdən həyatını itirir. Mütəxəssislər xərçəngin qarşısını alacaq qaydalar müəyyən ediblər.

1. Siqaret çəkməmək: Onkoloqlar qeyd ediblər ki, ağciyər xərçəngindən ölənlərin 87 faizində siqaretin rolu böyükdür. Bundan əlavə ağız, qırtlaq, yemək borusu, qaraciyər, mədə xərçənginin yaranmasında da siqaret səbəb kimi göstərilib.
2. İçkidən istifadə etməmək və ya miqdarını azaltmaq: İçki ağız, boğaz, yemək borusu, qırtlaq, yoğun bağırsaq xərçənginin yaranmasına səbəb olur. Xüsusilə siqaret və içkidən eyni vaxtda istifadə etdikdə xərçəngə tutulmanın riski daha da artır.

3. Radiasiyadan uzaq durmaq: Günəş işığında çox vaxt keçirmək dəri xərçənginə səbəb olur. Mütəxəssislər yay aylarında günəş işığından uzaq durmaq və günəş kremlərindən mütləq istifadə etməyi məsləhət görürlər.

4. İnfeksiyalardan qorunmaq: Bu xəstəliyin 1/5-i xroniki infeksiyalarla yayılır. Mütəxəssislərin fikrincə “Human Pappilom” və “Hepatit B” virusları xərçəngə səbəb olur.

5. Sağlam qidalanmaq: Xərçəng riskini artıran qidalardan, qısa zamanda yüksək dərəcəli istilikdə bişirilən yeməklərdən uzaq durmaq, gün ərzində ən az 2 litr su içmək lazımdır. Bundan başqa daha az istifadə edilməlidir.

6. İdmanla məşğul olmaq: Mütəxəssislər hər gün ən az 30 dəqiqə idmanla məşqul olmağı məsləhət görür.

7. Çəki tarazlığını qorumaq: Artıq çəki yoğun bağırsaq, uşaqlıq, yemək borusu kimi xərçəng xəstəliyinə yol açan risklərdən biridir. Arıqlamaq bu riski azaldır.

8. Xərçəngin erkən əlamətlərini bilmək: Mütəxəssislərin fikrincə çəki itkisi, halsızlıq, ağrı, dəri dəyişiklikləri, bağırsaq və sidik vərdişlərindəki dəyişikliklər, sağalmayan yaralar, bədəndə ələ gələn kütlələr, şişliklər, udma çətinlikləri, həzmsizlik və səs batıqlığı xərçəngin əlamətləri ola bilər.

9. Stresslə mübarizə aparmaq: Stress, bilavasitə bu xəstəliyin yaranmasında başlıca amillərdən biridir. Məşq, məsləhət, qrup müalicələr, depressiya dərmanlarından istifadə etmək stresslə başa çıxmaq üçün əhəmiyyətli üsullardandır.


Teqlər:  





Xəbər lenti