Hava buludlu və yağmursuz olacaq
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
Sentyabrın 06-dək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, 02-də və 05-də güclü xəzri küləyi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Teqlər: