Kənd təsərrüfatı məhsulları bahalaşıb
![Kənd təsərrüfatı məhsulları bahalaşıb Kənd təsərrüfatı məhsulları bahalaşıb](https://azvision.az/photos/17841782_10212827209181690_1777310679_n_1491896521.jpg)
Ay ərzində bitkiçilik məhsullarından arpanın, buğdanın, almanın, fındığın istehsalçı qiymətində ucuzlaşma, şabalıdın, qozun, narın, lobya dəninin, balqabağın və baş sarımsağın qiymətində bahalaşma müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Mart ayında heyvandarlıq məhsullarından südün, mal, qoyun və quş ətinin istehsalçı qiyməti bahalaşıb. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Aytən Zəhra
AzVision.az
Teqlər: Statistika