Baş nazirə qarşı sui-qəsd cəhdi - Korteji atəşə tutuldu

Baş nazirə qarşı sui-qəsd cəhdi - Korteji atəşə tutuldu
  20 Fevral 2017    Oxunub:1916
Liviyanın baş naziri Fayez əs-Sərracın korteji Tripolidə naməlum şəxslər tərəfindən atəşə tutulub.
AzVision.az “Ria Novosti”yə istinadən xəbər verir ki, hadisə zamanı heç kim xəsarət almayıb. Qeyd olunub ki, avtomobillər zirehli olub.

Qeyd edək ki, kortejdə baş nazir, eləcə də Ali Dövlət Şurasının sədri və prezident mühafizəsinin rəhbəri olub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti