Erməni əsilli nazir ukraynalı deputatı döydürdü

Erməni əsilli nazir ukraynalı deputatı döydürdü
  20 Fevral 2017    Oxunub:2079
Ukrayna Ali Radasının deputatı Yeqor Sobolev Kiyevin mərkəzində baş vermiş qarşıdurma zamanı polis tərəfindən döyülüb.
AzVision.az “Life.ru”-ya istinadən xəbər verir ki, bu barədə deputatın özü “Facebook” səhifəsində yazıb:

“Prezident Poroşenko və daxili işlər naziri Avakova təşəkkür edirəm. Əraziyə minlərlə polis göndərdilər. Hökuməti idarə edənlər işğal altında olan ərazilərlə ticarətə qarşı çıxan insanların mitinqini dağıtmağı, bəzilərini tutmağı, bəzilərini isə ölümcül döyməyi bacardılar. Üstəlik Bankovoy və İnstitutun qırağında qurmaq istəyimiz çadırları da dağıda bildilər. Bu polis və milli ordunun yeni parlaq qələbəsidir”.

Xatırladaq ki, Kiyevdə nümayişçilərlə polis arasında baş verən toqquşma zamanı 10-ə yaxın nümayişçi xəsarət alıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti