Obama özündən sonra `tör-töküntü` qoyub - Tramp

Obama özündən sonra `tör-töküntü` qoyub - Tramp
  17 Fevral 2017    Oxunub:1631
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əvvəlki prezident Barak Obamadan ona ölkənin daxilində, eləcə də beynəlxalq arenada "tör-töküntü" qalıb.
Bu barədə Tramp CNN telekanalı ilə yayımlanan mətbuat konfransında deyib.

Tramp bildirib: "Bildiyiniz kimi administrasiyamız hökümətdə, eləcə də iqtisadiyyatda çoxsayda problem miras qalıb".

Daha sonra ABŞ prezidenti əlavə edib: "İstər evin içində, istər xaricdə tör-töküntüdür - iş yerləri ölkədən çıxır, aşağı əmək haqqı, Yaxın Şərq, Şimalı Koreya, hara baxırsan bax, özbaşınalıqdır. Biz bunun hamısını qaydaya salacağıq". (Trend)

AzVision.az


Teqlər:  





Xəbər lenti