Xaçmazda ağır qəza - Polis mayoru öldü (Yenilənib)

Xaçmazda ağır qəza - Polis mayoru öldü (Yenilənib)
  05 Dekabr 2016    Oxunub:2592
Xaçmazda ağır yol qəzası baş verib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, yol nəqliyyat hadisəsi Qəndob-Yalama yolunun 29-cu km-də baş verib.

İlkin məlumata əsasən, “VAZ 2106” və “VAZ 21015” minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb, daha 2-si xəsarət alıb. Ölənlərdən birinin polis mayoru olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.

***

Xaçmazda baş verən yol nəqliyyat qəzasında ölən və xəsarət alanların kimlikləri məlum olub.

Hadisə nəticəsində Xaçmaz rayonu, Müşkür kənd sakini 1964-cü il təvəllüdlü Məmmədov Cəfər Abbas oğlu və Ağdam rayon sakini, 1971-ci il təvəllüdlü Yarəliyev Allahverən Zülfüqar oğlu ölüb.

Qəza zamanı həmçinin Masallı rayonu, Ərkivan kəndinin sakinləri 1988-ci il təvəllüdlü Cəfərov Cavid Cəfər oğlu və onun qardaşı, 1982-ci il təvəllüdlü Cəfərov Samir Cəfər oğlu xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti