Cəlilabadda 3 otaqlı ev yanıb

Cəlilabadda 3 otaqlı ev yanıb
  04 Dekabr 2016    Oxunub:1229
Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 88 m² olan 3 otaqlı evin mətbəxinin tavanı 36 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 08:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti