Neftin qiyməti 47 dolları keçdi - Son 5 ayda ilk dəfə
![Neftin qiyməti 47 dolları keçdi - Son 5 ayda ilk dəfə Neftin qiyməti 47 dolları keçdi - Son 5 ayda ilk dəfə](https://azvision.az/photos/RIAN_01486279.HR.ru-pic700-700x467-36269.jpg)
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, ən son məlumata görə, "Brent" markalı neftin qiyməti 47 dollara çatıb. Bu, 11 noyabr 2015-ci il tarixindən bu günədək ən yüksək göstəricidir.
Şimal dənizi neftinin bir barelinin iyun fyuçersləri 3,18% bahalaşaraq 47,03 dollar olub.
Elektron hərraclar zamanı WTI markalı neftin iyun fyuçersləri 3,20% artaraq bir barelə görə 45,45 dollar təşkil edib.
AzVision.az