Detroyt müflis şəhər elan olundu

 Detroyt müflis şəhər elan olundu
  19 İyul 2013    Oxunub:1779
Şəhərin 18 milyard dollar borcu var
ABŞ-ın Detroyt şəhəri iflasa uğradığını açıqlayıb. Şəhər rəhbərliyi 18 milyard dollar həcmindəki borcu ödəmək iqtidarında olmadıqlarını və bu səbəbdən də şəhərin iflasa uğraması barədə ərizə təqdim etdiklərini açıqlayıb.

Mer Kevin Orr əvvəlcə kreditorlarla danışıqlar apararaq borcun müəyyən qismini qaytarmağı təklif edib, lakin onların rədd cavabından sonra məhkəməyə müraciət edərək şəhərin iflasa uğradığını qəbul etməyə çağırıb.

Əgər onun ərizəsi qəbul olunarsa, o zaman borcun ödənilməsi üçün şəhərin aktvilərindən istifadə ediləcək.

S.Həsənova


Teqlər:  





Xəbər lenti