İyulun 15-dən siqaretin qiyməti qalxacaq

İyulun 15-dən siqaretin qiyməti qalxacaq
  14 İyul 2013    Oxunub:1983
İyul ayının 15-dən etibarən Fransada siqaretlərin qiyməti qaldırılacaq
Bu barədə ölkənin büdcə nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, tütün məmulatlarına qoyulan yeni əlavə dəyər vergisi siqaretlərin satış qiymətinə təsir göstərəcəkdir. Siqaret aludəçiləri iyulun 15-dən bir qutu siqaret üçün əlavə 40 sent ödəməli olacaqlar.

Nazirlik Avropanın digər ölkələri ilə müqayisədə Fransada siqaretlərin qiymətinin baha olduğunu təsdiqləyib.

Xatrladaq ki, 2012-ci il noyabr ayında siqaretlərin qiyməti 10 faiz artırılıb.


Teqlər:  





Xəbər lenti