Papa dəbdəbədən imtina etdi

Papa dəbdəbədən imtina etdi
  13 İyul 2013    Oxunub:953
Roma Papası Fransisk yenə təvazökarlığını göstərib.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, Braziliyaya səfəri zamanı papa təyyarəni statusuna uyğun təşkil etməyə icazə verməyib.

“Alitalia” aviaşirkəti tərəfindən həyata keçirilən uçuşlarda adətən təyyarə salonunda vacib adamlar üçün çarpayı quraşdırılır. Amma Fransisk bundan imtina edib. O, köməkçiləri vasitəsilə aviaşirkət rəhbərliyinə məktub göndərib ki, salonda əlavə heç nə təşkil edilməsin. Papanın qəbul etdiyi yeganə təklif birinci sinifdə uçuş olub.

AzVision.az


Teqlər:





Xəbər lenti