ABŞ Mursiyə azadlıq tələb edir

ABŞ Mursiyə azadlıq tələb edir
  13 İyul 2013    Oxunub:993
Rəsmi Vaşinqton daha öncə Almaniya xarici işlər nazirinin Mursinin azad edilməsi ilə bağlı çağırışını dəstəkləyir.

ABŞ hakimiyyəti Misir silahlı qüvvələrini ölkənin devrilmiş prezidenti Məhəmməd Mursini azad etməyə çağırıb. AzVision.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu Dövlət departamentinin nümayəndəsi Cen Psaki mətbuat kofransında bildirib.

Psaki daha öncə Almaniya xarici işlər nazirinin Mursinin azad edilməsi ilə bağlı çağırışını dəstəklədiklərini deyib. O, jurnalistlərin verdiyi “bu çağırışı daha öncə niyə etmədiniz” sualına isə cavab vernəyib.

Cen Psaki Mursinin azad edilməsi halında onu yenidən prezident kimi tanıyıb, tanımayacaqlarına da aydınlıq gətirməyib.


Teqlər:





Xəbər lenti