ABŞ hərbi gəmiləri Misirə yaxınlaşır

ABŞ hərbi gəmiləri Misirə yaxınlaşır
  12 İyul 2013    Oxunub:1028
Desant gəmiləri vəziyyətə nəzarət edəcək
ABŞ-ın iki hərbi gəmisi Misir sahillərinə yan alıb. AzVision.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın dəniz piyadası korpusuna komandanlıq edən general Ceyms Amos məlumat verib. General Qırmızı dəniz rayonuna "San-Antonio" və "Kirsarc" desant gəmilərinin yönəldiklərini bilirib.

"Misirdə böhrandır. Bu cür hallar baş verəndə biz vəziyyətə nəzarət etmək üçün müvafiq tədbirlər görürük", - deyə komandan bildirib. Ancaq general ABŞ-ın vəziyyətə nəzarət etmək üçün hansı variantları nəzərdən keçirdiyini açıqlamayıb.

Dəniz Piyadaları korpusundan ehtiyac duyulacağı təqdirdə helikopter və digər hərbi və digər texnikadan da istifadə ediləcəyi bildirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti